ABŞ-da hökumətin populyarlığı rekord aşağı həddə düşüb

ABŞ-da hökumətin populyarlığı rekord aşağı həddə düşüb
# 16 aprel 2013 04:47 (UTC +04:00)

Bakı-APA. ABŞ-da federal hökumətin populyarlığı rekord aşağı həddə düşüb. APA-nın məlumatına görə amerikalıların yalnız 28%-i hökumətin fəaliyyətini bəyənirlər. Bunu Pew şirkətinin keçirdiyi sosioloji sorğunun nəticələri göstərir. Bir il ərzində hökumətin dəstəyi 5% azalıb.

Sorğuya görə, demokratlar respublikaçılara nisbətən hökumətin fəaliyyətinə daha dözümlü yanaşırlar. 41% demokrat və 13% respublikaçı hökumətin yaxşı işlədiyinə əmindirlər.

Federal hökumətdən narazılığa baxmayaraq, rəyi soruşulanların 63%-i yerli hakimiyyətə inandıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR