Cəlilabadda ailənin bir üzvü tüstüdən boğularaq ölüb, daha iki üzvü isə zəhərlənib

Cəlilabadda ailənin bir üzvü tüstüdən boğularaq ölüb, daha iki üzvü isə zəhərlənib
# 29 oktyabr 2014 10:20 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Böyük Bəcrəvan kənd sakini İsrail Sayadulla oğlu Hüseynova məxsus fərdi yaşayış evində də baş verib. Axşam saatlarında otağın isidilməsi üçün istifadə olunan elektrik sobası aşaraq evdəki xalçanı yandırıb. Bu zaman otaqda ciddi yanğın baş verməsə də, iki aylıq körpə, ər və arvadın olduğu otaqda qatı tüstü yaranıb. Ailənin digər üzvləri isə hadisə barədə yalnız səhər açılanda sonra xəbər tutublar. Ev sahibinin 22 yaşlı həyat yoldaşı Gülarə Hüsynova tüstü və dəm qazından boğularaq ölüb. İsrail Hüseynov və iki aylıq körpəsi Hüseyn Hüseynov isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin göstərdikləri müvafiq yardımlardan sonra İ. Hüseynovun vəziyyətinin orta-ağır, iki yaşlı körpənin isə vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR