Lənkəranda maşın inəyə çırpılıb, sürücü xəsarət alıb

Lənkəranda maşın inəyə çırpılıb, sürücü xəsarət alıb
# 30 iyun 2016 08:22 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunda yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə iyunun 30-da səhər saatlarında Lənkəran-Boradigah şose yolunun rayonun Şağlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Separadi kənd sakininin idarə etdiyi minik avtomobili kənd sakini Xurşud Cabbarova məxsus inəyə çırpılıb. Güclü zərbədən inək tələf olub, maşın zədələnib. Xəsarət alan sürücü ətrafdakıların müdaxiləsindən sonra avtomobildən çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR