Moskvada Azərbaycan-Rusiya-İran əməkdaşlığı müzakirə olunub

Moskvada Azərbaycan-Rusiya-İran əməkdaşlığı müzakirə olunub
# 09 iyun 2016 15:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Xəzərin hüquqi statusu üzrə Xüsusi İşçi Qrupun 45-ci iclası çərçivəsində baş tutub.

Görüş zamanı Rusiya-Azərbaycan-İran formatında qarşılıqlı fəaliyyət, eləcə də Rusiya-Azərbaycan münasibətlərinə dair bir sıra aktual məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR