İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə BMT-nin müştərək konfransı keçirilir - FOTO

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə BMT-nin müştərək konfransı keçirilir - <span style="color: red;">FOTO
# 27 oktyabr 2015 09:50 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə BMT-nin İnkişaf Proqramının “İnkişaf üçün kommunikasiya texnologiyaları” mövzusunda konfransı öz işinə başlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, konfransın açılışında çıxış edən BMT İnkişaf Proqramının (UND) direktoru Cihan Sultanoğlu bu toplantının sadəcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr arasında deyil, AB-dən Əfqanıstana qədər olan geniş coğrafiyada yerləşmiş ölkələr arasında əməkdaşlığı, informasiya və ticarət əlaqələrini gücləndirmək məqsədi daşıdığını deyib. Azərbaycanın kommunikasiya infrastrukturunun bölgə ölkələri arasındakı əməkdaşlıqda önəmli rol oynadığına diqqəti cəlb edən BMT təmsilçisi, bu çərçivədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “ASAN xidmət”in örnək rolunu vurğulayıb. C. Sultanoğlu, “şəffaf dövlət” məfhumu çərçivəsində BMT-nin mükafatını alan “ASAN xidmət” və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığı daha da gücləndirəcəklərini sözlərinə əlavə edib.

Konfransın açılışında çıxış edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bölgə ölkələri arasında kommunikasiya sahəsindəki əməkdaşlığın o ölkələrdəki dövlət qurumlarının şəffaflaşmasında önəmli rol oynayacağını vurğulayıb. O, BMT proqramı çərçivəsində Şuranın təkcə üzv ölkələrlə deyil, Moldova, Əfqanıstan, Özbəkistan, Makedoniya, Kosovo, Ukrayna və Slovakiya ilə də əməkdaşlıq edəcəyini bildirib.

Konfranslın açılış sessiyasından sonra APA-nın “Burada Slovakiyadan Əfqanıstana qədər nümayəndələrin iştirak etdiyini dediniz. İstər kommunikasiya infrastrukturu, istərsə də adambaşına düşən milli gəlir baxımından bu ölkələr arasında dərin uçurum var. Bunu aradan qaldırıb ölkələrin kommunikasiya infrastrukturunu bir-birinə yaxınlaşdırmaq üçün hansı planlarınız var?” - sualına R. Həsənov belə cavab verib:

“Varlı ölkələrin maddi imkan və təcrübələrindən imkanlar daxilində kasıb və kommunikasiya sistemi zəif olan ölkələrə dəstək kimi istifadə edərək uçurumu aradan qaldırmaq və ölkələri bir-birinə yaxın səviyyəyə gətirmək istəyirik. Bunu düşünərək BMT ilə ilk dəfə belə bir layihə həyata keçirməyə başladıq. Transmilli kommunikasiya şirkətlərinin də bu layihəyə dəstək vermələri işimizdə uğur qazanacağımıza dair inamımızı gücləndirir”.

Konfrans iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR