Azərbaycan banklarından "depozit axını" davam edir

Azərbaycan banklarından "depozit axını" davam edir
# 08 iyul 2015 07:37 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan banklarında yerləşdirilən depozitlərin həcmində azalma tendensiyası davam edir.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, iyun ayının 1-ə banklarda yerləşdirilən depozitlərin həcmi 4 mlrd. 554,2 mln. manata çatıb. Statistikaya əsasən, may ayında manatla yerləşdirilən depozitlərin həcmi 26,1 mln. manat azalıb. İlin əvvəli ilə müqayisədə manatla yerləşdirilən depozitlərin həcmi 2 mlrd. 324,4 mln. manat, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 mlrd. 918,5 mln. manat azalıb.

Xarici valyutada yerləşdirilən depozitlərin həcmində azalma müşahidə olunmaqdadır. Belə ki, iyun ayının 1-ə xarici valyutada yerləşdirilən depozitlərin həcmi manat ekvivalenti ilə 7 mlrd. 914,9 mln. manat olub. May ayının 1-ə bu göstəricinin 7 mlrd. 978,7 mln. manat olduğunu nəzərə alsaq görərik ki, burada may ayında 63,8 mln. manatlıq azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR