Vətəndaşları aldadaraq pulunu və torpaq sahəsini alan şəxs tutulub

Vətəndaşları aldadaraq pulunu və torpaq sahəsini alan şəxs tutulub
# 29 mart 2013 09:54 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məluma görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dələduzluq etdiyinə görə tutulan Rafiq Namazovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 2009-cu ilin may ayında Bakı şəhər sakini Təzəgül Səfərovanın, 2010-cu ilin avqust ayında Şamaxı rayon sakini Məhəmməd Ələkbərovun, sentyabr ayında Oğuz rayon sakini Sahib Cəmiyevin, oktyabr ayında Bakı şəhər sakinləri Lalə Bədirovanın və 2011-ci ilin aprel ayında Əlibala Şükürovun etimadlarını qazanaraq, müvafiq olaraq onlardan 2.000, 10.300, 12.000, 12.000 manat pul və 30 sot torpaq sahəsini alması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR