Dünya Azərbaycanlı Gənclər Birliyi və Avropa Azərbaycanlıları Konqresi arasında əməkdaşlıq memorandum imzalanıb

Dünya Azərbaycanlı Gənclər Birliyi və Avropa Azərbaycanlıları Konqresi arasında əməkdaşlıq memorandum imzalanıb
# 27 aprel 2013 11:29 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlı Gənclər Birliyi və Avropa Azərbaycanlıları Konqresi arasında əməkdaşlıq memorandum imzalanıb.

Dünya Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 27-də Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının iclası öz işinə başlayıb. İclasda 40 ölkədən 70-dən çox təşkilat rəhbərləri və üzvləri iştirak edir.

Tədbirin əvvəlində Dünya Azərbaycanlı Gənclər Birliyi və Avropa Azərbaycanlıları Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanmasında əsas məqsədin dünya azərbaycanlı gənclər təşkilatları ilə Avropa Azərbaycanlılar Konqresinə üzv olan təşkilatlar arasında müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrin genişlənməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR