“Qarabağ” iştirak ərizəsini UEFA-ya göndərib

“Qarabağ” iştirak ərizəsini UEFA-ya göndərib
# 10 iyul 2014 13:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" iştirak ərizəsini UEFA-ya göndərib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində iştirak üçün 25 futbolçu sifariş edib.

“Qarabağ”ın yeni transferləri Tərlan Quliyev, Cavid Tağıyev və Danilo Dias da heyətə daxil edilib. Bu 25 futbolçu II təsnifat mərhələsinin “Valletta” (Malta) ilə oyunlarında komandasına kömək edəcək.

Qeyd edək ki, “Qarabağ” “Valletta” ilə yulun 15-də səfərdə, 22-də evdə oynayacaq.

Qapıçılar: İbrahim Şehiç, Fərhad Vəliyev, Ağaseyid Qasımov;

Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Tərlan Quliyev, Bilal Abbaszadə, Admir Teli, Ansi Aqolli, Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Yusifov, Hacı Əhmədov, Danilo Dias, İlqar Qurbanov, Muarrem Muarrem, Riçard Almeyda, Toğrul Bilallı, Leroy Corc, Çumbinyo, Cavid Tağıyev;

Hücumçular: Reynaldo, Vüqar Nadirov, Tural İsgəndərov, Tural Rzayev.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR