Nazir: “Əmək müqavilələrinin elektronlaşdırılması prosesi ilin sonunda başa çatacaq”

Nazir: “Əmək müqavilələrinin elektronlaşdırılması prosesi ilin sonunda başa çatacaq”
# 10 sentyabr 2014 07:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics Azərbaycanda əmək müqavilələrinin elektronlaşdırılması prosesi davamlı şəkildə həyata keçirilir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

S. Müslümov qeyd edib ki, nazirliyin elektron informasiya sisteminə (EİS) 550 min əmək müqaviləsi bildirişi daxil olub.

“Əmək müqavilələrinin elektronlaşdırılması prosesi sürətlə gedir və yaxın vaxtlarda yekunlaşa bilər. Çünki, hər gün böyük sayda, gündəlik təxminən 25-30 min arası qeydiyyat prosesi həyata keçirilir. Ona görə də yaxın vaxtlarda ümumi daxilolmaların yekunlaşması nəzərdə tutulub. Ümumilikdə bütün ölkə üzrə hazırda mövcud olan əmək müqavilələrinin tam qeydiyyatdan keçirilməsi prosesi ilin sonuna kimi tamamlamalıdır”, - deyə nazir izah edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR