“Unibank” aktivlərini 21% artırıb

“Unibank” aktivlərini 21% artırıb
# 18 noyabr 2014 13:21 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Unibank” ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 824,750 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,75% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 19,86% artaraq 676,415 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi son hesabat dövrünə 41,153 mln. manat olub ki, buda ötən illə müqayisədə 17,51% çoxdur və kredit portfelinin 6,1%-ni təşkil edir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 15,60% artaraq 468,805 mln. manata çatıb, əhalinin əmanətləri isə 13,08% artaraq 410,196 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 42,75% artaraq 133,072 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 56,565 mln. manat təşkil edib.

III rübdə bankın əldə etdiyi mənfəət 12,849 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 37 filialı, 67 bankomatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR