Rusiyada daha bir döyüş təyyarəsi qəzaya uğrayıb

Rusiyada daha bir döyüş təyyarəsi qəzaya uğrayıb
# 04 iyun 2015 17:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

“İyunun 4-də 16.30 radələrində “Su 34” tipli bombardmançı təyyarə Voronej vilayətində eniş edərkən təyyarənin əyləc paraşütü açılmayıb. Təyyarə eniş-uçuş zolağından kənara çıxaraq aşıb. Təyyarənin ekipaj üzvləri xəsarət almayıb”, deyə məlumatda bildirilir.

Bundan əvvəl Həştərxan vilayətində “Miq-29” qırıcı təyyarəsi qəzaya uğrayıb. Hər iki pilot katapult edilib. Qəzanın səbəbləri müəyyən edilənədək bu tip təyyarələrin uçuşuna müvəqqəti qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR