Musavat Məclisinin üzvü: “AXCP-nin qurultayı ictimai diqqəti cəlb etmədi”

Musavat Məclisinin üzvü: “AXCP-nin qurultayı ictimai diqqəti cəlb etmədi”
# 28 sentyabr 2015 08:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “AXCP guya demokratik prosedurlarla fəaliyyət göstərən partiyadır. Ancaq onlar gizli səsvermədən çəkindilər, partiya sədrliyinə alternativsiz seçki keçirdilər”.

Bunu APA-ya açıqlamasından Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının ötən gün keçirilən qurultayına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, AXCP kimi bir partiya üçün sıradan qurultay keçirilib: “Qurultay ictimai diqqəti cəlb edə bilmədi. Gizli səsvermə olsaydı, təbii ki, maraqlı olardı. Bir il əvvəl Müsavat Partiyası həmin məkanda qurultay keçirmişdi və qurultay ictimaiyyətin marağını cəlb etmişdi. Çünki seçim vardı və o seçimin maraq kəsb etməsi faktı da ortada idi. AXCP-nin qurultayında isə alternativsizlik olduğuna görə seçim olmadı, buna görə qurultay maraqsız keçdi”.

Xatırladaq ki, AXCP-nin ötən gün keçirilən qurultayında Əli Kərimli yenidən partiya sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR