Adendə prezident sarayına hücum zamanı 15 nəfər ölüb

Adendə prezident sarayına hücum zamanı 15 nəfər ölüb
# 02 aprel 2015 02:43 (UTC +04:00)

Bakı-APA. Şiə üsyançıları – husilərin Adendə Yəmən prezidentinin iqamətgahına hücumu zamanı azı 15 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Sputnik telekanalı məlumat yayıb. Atışma zamanı onlarla insanın yaralandığı bildirilir.

Məlumata görə, Əbd Rəbbu Mənsur Hadinin sarayı ətrafında onun tərəfdarları və üsyançılar arasında şiddətli döyüşlər davam edir. Husilərin hazırda Aden şəhərinin mərkəzinə nəzarət etdiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR