FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb

FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb
# 15 avqust 2015 01:16 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan 4 otaqlı mənzilin 3 otağı, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 135 kv.m sahədə yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR