Azərbaycanda məişət avadanlıqlarının satışı ilə məşğul olan ən iri mağazalardan birinə iş qaldırılıb

Azərbaycanda məişət avadanlıqlarının satışı ilə məşğul olan ən iri mağazalardan birinə iş qaldırılıb
# 04 mart 2015 14:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Son zamanlar "Baku Electronics" MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çox saylı vətəndaş müraciətləri daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı "Baku Electronics" MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar "Baku Electronics" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR