AB-nin yeni sanksiyaları iyulun 25-dən qüvvəyə minəcək

AB-nin yeni sanksiyaları iyulun 25-dən qüvvəyə minəcək
# 24 iyul 2014 23:50 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Şuranın saytında dərc edilmiş məlumatda qeyd olunub.

“Sanksiyaların genişləndirilməsi ilə bağlı hüquqi aktlar 25 iyulda, günün ikinci yarısında keçiriləcək yazılı prosedurdan və AB-nin Rəsmi Jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək”, deyə sənəddə vurğulanır.

Bundan başqa, sənəddə qeyd olunur ki, Komitə Krım və Sevastopola investisiya qoyuluşunun və ticarətin məhdudlaşdırılmasına dair əlavə tədbirləri müzakirə edib.

Bundan əvvəl AB daxil olan 28 ölkənin səfirləri Komitəsi Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı sanksiya siyahısının genişləndirilməsini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR