Səfir: Rusiyanın əməlləri nəticəsində Ukraynaya 500 milyard dollardan çox ziyan dəyib

Səfir: Rusiyanın əməlləri nəticəsində Ukraynaya 500 milyard dollardan çox ziyan dəyib
# 03 iyun 2024 11:38 (UTC +04:00)

Dünya ictimaiyyəti Rusiyanı sülhə və BMT-nin qətnamələrini icra etməyə məcbur etməlidir".

APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev səfirlikdəki brifinqdə bildirib.

O deyib ki, İsveçrədə keçiriləcək Sülh Sammitində iştirakını indiyədək 106 ölkə təsdiqləyib:

"Biz öz tərəfdaşlarımızla dayanıqlı sülhün təminatı yollarını müzakirə edəcəyik. Eyni zamanda burada nüvə silahından istifadənin yolverilməzliyi, dəniz resurslarından istifadə, qanunsuz həbs olunan, deportasiya edilən Ukrayna vətəndaşlarının qaytarılması, eləcə də sülhün BMT qətnamələrinin icrası müzakirə ediləcək. Rusiyanın hərbi aqressiyası 2014-cü ildən başlayıb. Bu dövrdə 3404 nəfər öldürülüb, 300 min nəfərdən çox insan yaralanıb. Bu günə olan məlumata görə, Rusiya silahlı qüvvələrinin əməlləri nəticəsində ölkəyə 500 milyard dollardan çox ziyan dəyib. Eyni zamanda 163 min kv.km ərazimiz işğal olunub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR