Abşeron iqtisadi rayonunun qaz təchizatı yaxşılaşdırılır

Abşeron iqtisadi rayonunun qaz təchizatı yaxşılaşdırılır
# 24 aprel 2013 10:52 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi Abşeron iqtisadi rayonunda qaz təchizatının yaxşılaşdırılması üzrə görülən işləri açıqlayıb. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Sumqayıt şəhərində qaz şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Belə ki, şəhərin 1, 2, 3, 4, 5 və 14-cü məhəllələrinin yeraltı qaz kəmərləri yer üstünə çıxarılıb.


Bu ilin əvvəlindən başlayaraq Abşeron rayonunun Mehdiabad və Novxanı kəndlərinin, Novxanıdakı yeni yaşayış məhəlləsinin, Saray qəsəbəsinin daxili qaz kəmərlərinin yenidən qurulması ilə bağlı işlər görülüb. Saray qəsəbəsindəki yeni yaşayış massivinin, Masazır kəndindəki Yeni Bakı yaşayış massivinin, Hökməli bələdiyyəsinin ərazisində yerləşən Atyalı və Nübar qəsəbələrinin, Ceyranbatan qəsəbəsi yaxınlığında inşa edilən yaşayış massivinin, eləcə də Xırdalan şəhərinin qazlaşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Xızı rayonunun Giləzi qəsəbəsində isə həyətlərdən keçən qaz kəmərlərinin küçəyə çıxarılması istiqamətində tədbirlər davam etdirilir.


Görülmüş işlərin nəticəsi olaraq, həmin yaşayış məntəqələrində ilin əvvəlindən etibarən ümumilikdə 56,2 km uzunluğunda qaz kəmərləri çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR