Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən 7% artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən 7% artıb
# 04 avqust 2014 07:50 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2014-cü ilin avqustun 1-nə 15 193,4 mln. ABŞ dolları təşkil edib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 7,3% artıb.

Bundan əlavə, AMB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatları iyul ayında 30,2 mln. dollar və ya 0,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR