Bakıda 1 İyun - Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü münasibətilə tədbir keçirilib - FOTOSESSİYA

Bakıda 1 İyun - Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyun 2015 11:22 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın müxtəlif tədbirlərdə qalibi olan istedadlı uşaqların bir qrupu ilə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, UNICEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze və digər qonaqlar iştirak ediblər.

H. Hüseynova Azərbaycanda dövlətin uşaqlara qayğısından, uşaqlarla bağlı Azərbaycan prezidentinin, o cümlədən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi layihələrdən söz açıb.

B. Muradova çıxışında Azərbaycanda uşaqlarla bağlı qəbul olunan qanunvericilik bazasından, o cümlədən sosial layihələrdən danışıb.

Andro Şilakadze isə deyib ki, Azərbaycanda dövlətin, Heydər Əliyev Fondunun uşaqlara qayğısı təqdirə layiq haldır.

Daha sonra müxtəlif beynəlxalq tədbirlərdə fərqlənən istedadlı uşaqlar mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR