Separatçılar Ukrayna hərbi təyyarəsini vurublar

Separatçılar Ukrayna hərbi təyyarəsini vurublar
# 20 avqust 2014 23:49 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumat mərkəzinin sözçüsü Andrey Lısenko deyib.

"Bu gün döyüş tapşırığının yerinə yetirərkən Su-25 təyyarəsi vurulub. Pilotun taleyi hələlik məlu deyil", - deyə Lısenko qeyd edib

Bundan əvvəl bir sıra KİV-i xəbər vermişdilər ki, qondarma "Luqansk xalq respublikası"nın silahlıları Luqansk yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrlərinə məxsus bir qırıcı təyyarə və iki helikopteri vurublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR