ABŞ Senat Komissiyasının Blatteri dindirməsinə FİFA icazə verməyib

ABŞ Senat Komissiyasının Blatteri dindirməsinə FİFA icazə verməyib
# 14 iyul 2015 07:54 (UTC +04:00)

Bakı – APA. ABŞ Senat Komissiyasının FİFA prezidenti Yozef Blatteri dindirmək arzusu reallaşmayıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq futbol qurumu komissiyanın dindirilmə ilə bağlı sorğusuna mənfi cavab verib.

Bunu ABŞ senatı Cerri Moranın nümayəndəsi Qarrett Terner açıqlayıb. O bildirib ki, FİFA onların sorğusuna qarşı çıxıb: “Biz FİFA-ya müraciət etdik ki, cənab Blatterin şahid qismində ifadə verməsinin mümkünlüyünü öyrənək. Lakin təşkilat bundan imtina etdi”.

Terner imtinanın səbəbləri barədə məlumat verməyib.

Qeyd edək ki, 1998-ci ildən FİFA-ya prezidentlik edən Blatter mayın 29-da 5-ci dəfə bu posta seçilib. Qurumun bir sıra yüksək səviyyəli məmurlarının həbsi ilə nəticələnən korrupsiya qalmaqalı ilə bağlı araşdırmanı ABŞ tərəfi aparır. Blatter isə iyunun 2-də vəzifəsindən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR