“Moody’s” “Bank of Baku”nun reytinqini “stabil” səviyyəsində saxlayıb

“Moody’s” “Bank of Baku”nun reytinqini “stabil” səviyyəsində saxlayıb
# 08 may 2015 08:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Moody’s” beynəlxalq reytinq agentliyi “Bank of Baku”nun umumi reytinqini “stabil” B1 səviyyəsində saxlayıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, devalvasiyadan sonra ölkəmizin bir sıra banklarına verilən reytinqlərdə dəyişiklik olsa da “Bank of Baku” öz reytinqini saxlaya bilib.

“Moody’s”in qənaətinə görə, reytinqin eyni saxlanmasına təsir edən əsas faktorlar “Bank of Baku” ASC-nin bazarda fəaliyyət göstərən eyni dərəcəli rəqib banklarla müqayisədə daha keyfiyyətli aktivlərə malik olması, gəlirlilik səviyyəsi və mümkün ola biləcək itkilərin qarşılanması üçün güclü kapitallaşma səviyyəsinə sahib olmasıdır.

“Moody’s” reytinq agentliyinin rəsmi hesabatı ilə aşağıdakı linklə keçərək ətraflı tanış ola bilərsiniz http://www.bankofbaku.com/az/about/reports/mezhdunarod-reiting/

“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın 145 nömrəli məlumat mərkəzi ilə əlaqə saxlayaraq, habelə bankın www.bankofbaku.com korporativ saytına və www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsində tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR