Quba rayonunun sakini qonşusunu bıçaqlayıb

Quba rayonunun sakini qonşusunu bıçaqlayıb
# 13 aprel 2013 07:04 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Ötən gecə Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Rusiya vətəndaşı Azər Mövlud oğlu Qəribov rayonun Qam-qam kəndində bıçaqlanıb. O, döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

A.Qəribovu bıçaqlayan şəxsin qonşusu, Qam-qam kəndinin sakini Firdovsi Abdullayev olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR