FHN-in Bakı Regional Mərkəzində “Fövqəladə hallarda qorunmaq məqsədilə insan hüquqları kontekstində preventiv tədbirlər” adlı tədbir keçirilib - FOTOSESSİYA - VİDEO

FHN-in Bakı Regional Mərkəzində “Fövqəladə hallarda qorunmaq məqsədilə insan hüquqları kontekstində preventiv tədbirlər” adlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2014 10:46 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində “Fövqəladə hallarda qorunmaq məqsədilə insan hüquqları kontekstində preventiv tədbirlər” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarının qorunmasını özünün ali prinsipi kimi qəbul edib: “Konstitusiyamızın müddəalarının əsas hissəsi insan hüquqları ilə bağlıdır. İnsan haqları və fövqəladə hallar, hər biri ayrı-ayrılıqda, kifayət qədər ciddi anlayışlar olsalar da, elə düşünülür ki, bunlar müxtəlif müstəvilərdə yerləşirlər. Amma əslində bu belə deyil. Konstitusiyamızın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlanan 3-cü fəslində əksini tapan müddəalar fövqəladə hallar orqanlarının gündəlik fəaliyyəti ilə çox sıx uzlaşır. Məsələn, yaşamaq hüququ, mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ, sosial təminat hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ, dövlət orqanlarına şəxsən müraciət etmək hüququ və sairə bu qəbildəndir”.

O qeyd edib ki, FHN Bakı Regional Mərkəzi insanların fövqəladə hallara hazırlanması, onlara belə hallar zamanı düzgün davranış vərdişlərinin aşılanması kimi məsələləri daim diqqət mərkəzində saxlayır.

Daha sonra çıxış edən Bakı Regional Mərkəzi rəisinin müavini Tale Şamçıyev “Əsas insan hüquqlarından olan həyat təhlükəsizliyini təmin edilməsi FHN Bakı Regional Mərkəzinin gündəlik fəaliyyəti müstəvisində” mövzusunda çıxış edib. O bildirib ki, 2012-2014-cü illərdə Bakı Regional Mərkəzi 9 ali məktəbdə, 31 tam orta məktəbdə maarifləndirmə tədbirləri keçirib, bu tədbirlərlə 15 minə yaxın tələbə və məktəbli əhatə olunub. Bundan əlavə, son 4 il ərzində 2400-ə yaxın yaşayış binasının texniki təhlükəsizliyinin monitorinqi keçirilib, aşkar olunan nöqsanlarla bağlı müvafiq icra hakimiyyətlərinə müvafiq aktlar göndərilib”.

Daha sonra insan hüquqlarının müdafiəsinə həsr olunmuş videomaterial təqdim edilib. Sonda tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR