İstanbulda Türkməneli mübarizəsinin liderinə “Sayğı günü” keçirilib - FOTOSESSİYA

İstanbulda Türkməneli mübarizəsinin liderinə “Sayğı günü” keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 02 may 2015 21:08 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İstanbulda İraq türklərinin haqları uğrunda mübarizənin lideri doktor Nəfi Dəmirçiyə “Sayğı günü” keçirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Dünyası Araşdırmaları Vəqfinin təşkil etdiyi “Sayğı günü”ndə doktor Nəfi Dəmirçinin həyatı və İraq türklərinin haqları uğrunda mübarizəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib. Daha sonra Türkiyənin bəzi vəqf və dərnəklərinin başqanları doktor Nəfi Dəmirçiyə xatirə plaketləri təqdim ediblər. Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan isə doktor Nəfi Dəmirçiyə vəqfin fəxri plaketini verib.

“1953-cü ildə Kərkükdən Türkiyəyə təhsil almağa gələndə babam Mardinin Nusaybin qəsəbəsində avtobusdan enib əvvəlcə torpağı öpməyi, sonra ölkəyə ayaq basmağımı tövsiyə etmişdi. İlk mükafatımı 1968-ci ildə İsa Yusif Alptəkindən almışdım. Kərkükün haqları uğrundakı mübarizəmi heç vaxt Azərbaycandan və Kiprdən ayrı tutmamışam. Nəfəsim gəldikcə Türk dünyasının yer-yurdlarından didərgin salınmış insanlarının haqları uğrunda mübarizəmi davam etdirəcəyəm”, deyəərəfinə təşkil edilmiş “Sayğı günü”ndə çıxış edən doktor Nəfi Dəmirçi çıxışında bildirib.

1934-cü ildə Kərkükdə anadan olan Nəfi Dəmirçi, təhsil almaq üçün 1953-cü ildə Türkiyəyə gəlib. 1959-cu ildə İraq türkləri yardımlaşma və həmrəylik dərnəyini qurub. Tibb təhsilini tamamlayandan sonra “xidmət etmək məqsədi ilə Kərkükə qayıdan” doktor Nəfi Dəmirçi orada bir müddət işləsə də, bəzi səbəblərə görə, ölkəni tərk edərək İstanbula dönmək məcburiyyətində qalıb. İstanbulda rəhbəri olduğu dərnəyin çap etdiyi kitab və broşürlərə görə İraqa girməsi qadağan edilib. Nəfi Dəmirçinin əmisi oğlu Rza Dəmirçi 1980-ci ilin fevralında Səddam rejimi tərəfindən edam edilib. Türkiyədə və dünyada Türkmənelinin haqları uğrunda mübarizəsini davam etdirən doktor Nəfi Dəmirçi Kərkük və Mosul Türkləri barədə 6 kitab yazıb. Nəfi Dəmirçinin 3 qızı doktor, oğlu isə mühəndisdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR