Bakıda 6 otaqlı evdə baş vermiş yanğın nəticəsində bir nəfər xəsarət alıb

Bakıda 6 otaqlı evdə baş vermiş yanğın nəticəsində bir nəfər xəsarət alıb
# 05 noyabr 2015 02:52 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən gün yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda vətəndaşa məxsus hazırda təmir olunan ümumi sahəsi 200 kv.m (hər mərtəbəsi 100 kv.m) olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Yanğın nəticəsində evin 2-ci mərtəbəsinin mətbəxində 2 ədəd qapı və rəngsaz boyaları 4 kv.m sahədə yanıb. Yanğın zamanı evdə usta işləyən bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq təcili yardım xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR