Azərbaycanda 300 tələbəyə “Gələcəyin müəllimi təqaüdü” veriləcək

Azərbaycanda 300 tələbəyə “Gələcəyin müəllimi təqaüdü” veriləcək
# 03 oktyabr 2014 07:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov “Pedaqoji kadr hazırlığı aparılan alı təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi barədə” əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Gələcəyin müəllimi təqaüdü”nün təsis edilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına xidmət edir.

Təqaüd 100 manat məbləğində olmaqla Azərbaycanda pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunur.

2014-2015-ci tədris ili üçün məqsədli aylıq “Gələcəyin müəllimi təqaüdü” almaq hüququ qazanmış tələbələrin siyahısı nazirliyin (edu.gov.az/upload/file/xeber/2014/03.10.14/geleceyin-muellimi-teqaudu-siyahi.pdf) saytında yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR