Bakıda postsovet ölkələri tələbələrinin beynəlxalq forumu keçirilir - APA TV

Bakıda postsovet ölkələri tələbələrinin beynəlxalq forumu keçirilir - <span style="color: red;">APA TV
# 15 aprel 2013 12:42 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bakıda MDB, Baltikyanı ölkələri və Gürcüstan tələbələrinin “Sülh göyərçinləri” adlı beynəlxalq forumu keçirilir.

APA-nın xəbərinə görə, “Postsovet ölkələrində rus dilinin və dövlət dillərinin qarşılıqlı əlaqələri” adlı forum ali təhsil müəssisələri, tələbə-müəllim kontingentləri və müxtəlif sahələrdə çalışan gənc mütəxəssislər arasında münasibətlərin dərinləşməsinə müsbət təsirini göstərəcək.

Tədbirdə MDB ölkələrinin müxtəlif ali məktəblərinin təhsil və ictimaiyyətlə əlaqələrinə rəhbərlik edən şəxslər, Milli Məclisin deputatları, gənclər və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edəcəklər. Aprelin 18-dək davam edəcək tədbirdə 12 universitetin və 15 ölkənin təmsilçiləri iştirak edəcək.

Forumun açılış mərasimi Bakı Slavyan Universitetində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR