BFB-də 10 mln. manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib

BFB-də 10 mln. manatlıq dövlət istiqrazları üzrə hərrac keçirilib
# 12 iyul 2016 14:55 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 10 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 41 mln. manat təşkil edib.

Nazirlik tərəfindən 10 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98,6631 (gəlirlilik 5,5103%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 11 oktyabr 2016-cı ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR