Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər
# 17 aprel 2015 14:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun əməkdaşı Murad Babayev Daxili Qoşunların və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Bərdə rayonundakı hərbi hissələrinə baxış keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıblar.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib, habelə Ombudsman təsisatında hazırlanmış insan hüquqları sahəsində çoxsaylı nəşrlər hərbi hissələrə hədiyyə edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR