Bakı. Cavid Zeynallı - APA. 2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının yarıdan çoxunda magistraturaya qəbulun aparılması nəzərdə tutulur.
APA-nın məlumatına görə, bu haqda AMEA-da "Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfransda akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, 2015-ci ildə ilk dəfə akademiyada magistraturaya qəbul aparılıb: "Bildirmək istəyirəm ki, 7 institutda 7 ixtisas üzrə magistraturaya qəbul aparılıb. Amma gələn ildən qəbul aparılan institutların və ixtisasların sayı artırmağı düşünürük. Gələn ildən AMEA institutlarının yarısından çoxunda, sonrakı illərdə isə hamısında magistraturaya qəbul aparılmağı planlaşdırırıq".