İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyevin büstü qoyulub

İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyevin büstü qoyulub
# 11 may 2015 09:59 (UTC +04:00)

Bakı-APA. İsrailin Afula şəhərində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Az-İz) nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyevin büstü qoyulub.

“Az-İz”dən APA-ya verilən məlumata görə, büstün müəllifi heykəltəraş Ninel Şahovadır.

Açılış mərasimində lenti Afula şəhərinin meri İtsika Miron kəsib. O, çıxışı zamanı son 20 ildə İsraillə Azərbaycana arasında münasibətlərin möhkəmləndiyinə diqqət çəkib.

Mərkəzin direktoru Yeganə Salman isə Heydər Əliyevin Azərbaycanın inkişafındakı rolundan danışıb.

Mərasim konsert proqramı ilə başa çatıb.

Xatırladaq ki, tədbirdə İsrailin müxtəlif şəhərlərinin bələdiyyə və mədəniyyət mərkəzləri nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR