Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olmaq üçün 14 mindən çox abituriyent ixtisas seçimi edib

Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olmaq üçün 14 mindən çox abituriyent ixtisas seçimi edib
# 18 avqust 2015 14:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu gün saat 17.00-a olan məlumata görə 14 812 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi internet vasitəsilə 19 avqust saat 00.00-dək davam edəcək.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR