Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Gömrük İttifaqına qoşulmasına mane olmayacaq”

Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Gömrük İttifaqına qoşulmasına mane olmayacaq”
# 11 avqust 2014 08:34 (UTC +04:00)

Bakı – APA. “Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Gömrük İttifaqına qoşulmasına mane olmayacaq”. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Ermənistan Gömrük İttifaqına Ermənistan kimi daxil olur, Dağlıq Qarabağın bu məsələyə hər hansı aidiyyəti yoxdur: “Bunu Ermənistan prezidenti də dəfələrlə söyləyib”.

S. Lavrov qeyd edib ki, münaqişənin nizamlanması ilə bağlı ən mürəkkəb məsələlər hələ həllini tapmayıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin sülh yolu ilə həlli prosesinə sadiq olduqlarını təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR