ATƏT PA-nın komitə iclaslnda seysmik zonalardakı AES-lərin istismarının dayandırılması təklifi qəbul edilib - FOTOSESSİYA

ATƏT PA-nın komitə iclaslnda seysmik zonalardakı AES-lərin istismarının dayandırılması təklifi qəbul edilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 iyul 2016 14:35 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının İqtisadiyyat, Elm, Texnologiya və Ətraf mühit komitəsinin iclasında iqtisadi məsələlərlə yanaşı, ekologiya, müxtəlif bölgələrdə təhlükəsizlik və həmçinin Çernobıl hadisəsi ilə bağlı məsələlər müzakirə olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Milli Məclisinin deputatı Kamran Nəbizadə bildirib.

K. Nəbizadə Azərbaycan nümayəndə heyətinə iclasda təkliflə çıxış etdiyini bildirib: “Biz köhnə avadanlıqla təchiz olunmuş və yüksək seysmik aktivliyi olan zonalarda yerləşən atom elektrik stansiyaların potensial təhlükə və fəlakət yaradacağını və onların istismar olunmasının dayandırılmasını təklif etdik. Biz qeyd etdik ki, bu stansiyaların istismar müddəti başa çatıb və indi bu stansiyaların fəaliyyəti gələcəkdə radiasiya qəzalarına və nüvə fəlakətinə səbəb ola bilər. Ermənistan nümayəndəsi bizim təklifə qarşı çıxış etdi, tədbir iştirakçılarını bu düzəlişin əleyhinə səs verməyə çağırdı. Amma buna baxmayaraq komitənin üzvləri yekdilliklə təklif etdiyimiz düzəlişə səs verdilər. Ermənistan nümayəndəsinin səsinə səs verən olmadı.”

Qeyd edək ki, iclasda çıxış edən Almaniyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Doris Barnet Azərbaycanın mövqeyini dəstəkləyib.

Xatırladaq ki, Ermənistana məxsus olan və seysmik zonada yerləşən “Metsamor” AES-in istismar müddəti başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR