Hicran Hüseynova Şirvanda vətəndaşları qəbul edib - FOTO

Hicran Hüseynova Şirvanda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 10 aprel 2013 12:11 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şirvan, Sabirabad, Salyan, Saatlı, Neftçala və Biləsuvar sakinlərini Şirvanda qəbul edib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan mədəniyyət evində baş tutan qəbulda adı çəkilən rayonlardan 50 nəfərə yaxın sakin iştirak edib. Komitə sədri müxtəlif məzmunlu şikayətlərlə əlaqədar sakinləri fərdi şəkildə qəbul edib və onları dinləyib. Əksəriyyəti qadınlar olan şikayətçilər əsasən aliment, övladlarının və yaxınlarının sağlamlıq, iş, mənzil və sosial məzmunlu problemləri ilə əlaqədar komitə sədrinə müraciətlər ediblər. Şikayətlərin bir qismi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə aid olsa da, digər məzmunlu şikayətlərin aidiyyatı qurumlara çatdırılmasına komitə rəhbəri tərəfindən söz verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR