Müsavat Partiyası Dağlıq Qarabağ problemi ilə bağlı xüsusi proqram hazırlayıb

Müsavat Partiyası Dağlıq Qarabağ problemi ilə bağlı xüsusi proqram hazırlayıb
# 04 mart 2013 15:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Dağlıq Qarabağ probleminin həlli istiqamətində xüsusi konsepsiya və bir sıra sosial-iqtisadi proqramlar seçki kampaniyası müddətində ictimaiyyətə təqdim olunacaq”. Bu açıqlamanı APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib.

A. Hacılı deyib ki, partiyanın problemin həllindən sonra hazırda işğal altında olan ərazilərdə məcburi köçkünlərin məskunlaşması və bərpa işləri ilə bağlı proqramının olduğunu vurğulayıb: “Azərbaycanın ən qlobal problemi Dağlıq Qarabağ olaraq qalır. İstənilən hakimiyyətin ilk vəzifəsi Qarabağ və məcburi köçkünlər problemini həll etməkdir. Ona görə də Müsavat Partiyasının bu istiqamətdə konkret planları və konsepsiyaları mövcuddur. Seçki kampaniyası müddətində bu konsepsiyalar ictimaiyyətə təqdim olunacaq. Konsepsiyada ərazilərimizin işğaldan azad olunması, azad olunduqdan sonra məcburi köçkünlərin öz yurdlarına qayıtması və orada yerləşməsi, həmin ərazidə geniş miqyaslı bərpa işlərinin aparılması üçün bir sıra iqtisadi-sosial proqramlar da nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR