Azərbaycanda sığorta ödənişini gecikdirən sığorta şirkətləri dəbbə pulu ödəyəcək

Azərbaycanda sığorta ödənişini gecikdirən sığorta şirkətləri dəbbə pulu ödəyəcək
# 16 oktyabr 2014 12:55 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycanda sığorta ödənişini gecikdirən sığorta şirkətləri dəbbə pulu ödəyəcək.

APA-Economics”in xəbərinə görə, bu Maliyyə Nazirliyinin kollegiyasının təsdiqlədiyi "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları"nda əks olunub.

Yeni qaydalara əsasən, sığorta şirkətləri sığorta ödənişini 7 iş günü ərzində ödəməlidirlər. Şirkət sığorta ödənişini bu müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1%-i həcmində dəbbə pulu ödəyir.

Bu qaydalarda sığorta şirkətlərinin sığorta müqaviləsi bağlayarkən müştəriyə yaddaş vərəqi verməsi də şərt kimi qoyulub. Yaddaş vərəqi hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilməlidir. Burada sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu və sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən məlumatlar göstərilir.

Bundan başqa, qaydalarda qeyd olunur ki, sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR