Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub - FOTOSESSİYA

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub - <span style="color: red;">FOTOSESSİYA
# 19 mart 2015 17:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin rəhbərliyi hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanış olub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkiblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayram münasibəti ilə təbrik edib.

Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR