Prezident İlham Əliyev “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktorunu qəbul edib - FOTO

Prezident İlham Əliyev “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktorunu qəbul edib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2014 14:23 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib. APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, D. Kiselyov Azərbaycanda rəhbərlik etdiyi qurumun fəaliyyətinə yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirərək bu agentlik vasitəsilə Azərbaycanla bağlı verilən müxtəlif səpkili informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycanda mövcud olan rusdilli informasiya vasitələrinə və rusdilli təhsil müəssisələrinə yaradılan şəraiti də yüksək qiymətləndirib.

Prezident İ. Əliyev son illər ölkədə təhsil, mədəniyyət, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının uğurla həyata keçirildiyini söyləyib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mətbuat və informasiya sahəsində mövcud olan əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR