Gəncədə 25 yaşlı qadın bıçaqlanıb

Gəncədə 25 yaşlı qadın bıçaqlanıb
# 31 avqust 2015 15:19 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Ülviyyə Ələkbərova qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Ü. Ələkbərovanın ailə münaqişəsi zəminində bıçaqlandığı ehtimal edilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR