Paytaxtda liftdə qalmış şəxs xilas edilib

Paytaxtda liftdə qalmış şəxs xilas edilib
# 19 sentyabr 2014 23:51 (UTC +04:00)

Bakı – APA. Bu gecə Bakının Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 02:08-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR