Dövlət Məşğulluq Xidməti bu il 50 nəfərə yaxın gözdən əlil şəxsi peşə hazırlığı kurslarına cəlb edib

Dövlət Məşğulluq Xidməti bu il 50 nəfərə yaxın gözdən əlil şəxsi peşə hazırlığı kurslarına cəlb edib
# 09 iyul 2015 12:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 6 ayında 48 nəfər gözdən əlil şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin şəxslərdən 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçiblər. Qalan 24 nəfər gözdən əlil şəxsə isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsi öyrədilib. Gözdən əlil şəxslər üçün peşə hazırlığı kursları xüsusi təchiz olunan sinif otaqlarında təşkil edilib. Gözdən əlil şəxslərin sosial, o cümlədən peşə reabilitasiyasının daha dolğun və səmərəli şəkildə həyata keçirilməsi məqsədilə hazırda nazirlik tərəfindən Bakının Sabunçu rayonunda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir.

Mərkəzdə bu təbəqədən olan şəxslərin sosial reabilitasiyası, o cümlədən gündəlik həyatda zəruri bacarıq və vərdişlərə, eləcə də peşə-əmək qabiliyyətlərinə yiyələnmələri və s. istiqamətlərdə işlər aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR