Azərbaycan Ukraynanın «Sapsan» operativ-taktiki raket kompleksi proqramı ilə maraqlanır

Azərbaycan Ukraynanın «Sapsan» operativ-taktiki raket kompleksi proqramı ilə maraqlanır
# 30 aprel 2013 14:53 (UTC +04:00)

APA-nın Ukrayna hərbi KİV-lərinə istinadən verdiyi məlumata görə, artıq OTRK-nin eskiz layihəsi hazırlanıb, sistemlərin texniki forması müəyyənləşdirilib, kompleksin xarakteristikaları hesablanıb.

Yeni raket «Toçka-U» sistemlərini əvəz edəcək və Ukrayna 2016-cı ildə təqribən 100 «Sapsan» kompleksi almağı planlaşdırır.

Hazırda OTRK proqramında iştirakla bağlı Ukraynanın istehsalçı «Yujnoe» Konstruktor Bürosu bir sıra ölkələrlə müzakirələr aparır. Məlumata görə, Azərbaycan və Əlcəzair «Sapsan» proqramında iştirakla maraqlanır.

Qeyd edək Ki, hazırda Azərbaycan Silahlı Qüvvələri Ukrayna istehsalı olan «Toçka-U» tipli OTRK-lərə malikdir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR