Təhsil naziri: “Dərsliklərdə olan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər görəcəyik”

Təhsil naziri: “Dərsliklərdə olan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər görəcəyik”
# 04 may 2013 08:58 (UTC +04:00)

APA-nın xəbərinə görə, M. Cabbarov deyib ki, cəmiyyətdə formalaşan fikrə görə, dərslikləri Təhsil Nazirliyi hazırlayır: “Ancaq bu, belə deyil. Hər bir dərsliyin öz müəllifi var. Dərslik onların zehni əməyinin məhsuludur. Dərsliklərin məzmunu isə ictimai əsaslarla fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirir. Təbii ki, hamıdan çox biz maraqlıyıq ki, məktəblərdə tədrisin keyfiyyətləri dərsliklər üzrə təşkil edilsin. Obyektiv səbəblərə görə bu, müəyyən vaxt tələb edən məsələdir. Biz bu istiqamətdə olan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər görəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR