Azərbaycanda müəllimlik ixtisasını seçən tələbələrə əlavə təqaüd ödəniləcək

Azərbaycanda müəllimlik ixtisasını seçən tələbələrə əlavə təqaüd ödəniləcək
# 07 iyul 2014 14:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yeni tədris ilindən başlayaraq Azərbaycanda müəllimlik ixtisasını seçən tələbələr üçün yeniliklər tətbiq ediləcək. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, qəbul imtahanlarında 500-600 bal toplayan və müəllimlik ixtisasını I və II yerdə qeyd edərək bu ixtisasa qəbul olunan tələbələrə əlavə təqaüdlər veriləcək. O bildirib ki, bu tədbirlər müəllimlik ixtisasını seçənlərin sayını artacaq: “Bu il belə tələblərin sayının 300 nəfər olacağı planlaşdırılır. İlkin olaraq 300 tələbəyə Təhsil Nazirliyi tərəfindən 100 manat əlavə təqaüd veriləcək”.

C. Valehov qeyd edib ki, növbəti tədris ilindən müəllimlərin praktik təcrübəsi sahəsində də yeniliklər ediləcək. Gələn tədris ilindən məktəblərdə təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Beləliklə, gələcək müəllimlər üçün məktəblərdə təcrübə saatları artırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR