AFFA “Neftçi” klubunun legionerini 3 oyunluq cəzalandırıb

AFFA “Neftçi” klubunun legionerini 3 oyunluq cəzalandırıb
# 28 aprel 2015 10:30 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer liqasının XXXI turunun oyunlarında qeydə alınan xoşagəlməz hadisələr müzakirə olunub.

Ötən tur qırmızı vərəqə ilə cəzalanan hər iki futbolçunun cəzası eyni olub. Elvin Mirzəyev (“Xəzər Lənkəran”) “Qəbələ”, Karlos Kardoso (“Neftçi”) “Qarabağ”la qarşılaşmada 2-ci sarı vərəqə aldığı üçün meydandan kənarlaşdırılıb. Bu üzdən hər iki oyunçu 1 matçlıq cəzalanıb.

Lakin Kardosoya yalnız bu cəza tətbiq olunmayacaq. Komitənin əvvəlki qərarı ilə braziliyalı ikisi şərti olmaqla, 3 oyun cəzalandırılmışdı. Cənubi amerikalı ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəzası da qüvvəyə minib. Bir sözlə, Kardoso 3 matç buraxmalı olacaq.

Mirzəyevlə Kardoso klublarını 200 manat ziyana da salıb. “Xəzər Lənkəran” 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat da cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR