Dövlət Qulluqçularının Reyestrində 21563 dövlət qulluqçusu barədə məlumatlar toplanıb

Dövlət Qulluqçularının Reyestrində 21563 dövlət qulluqçusu barədə məlumatlar toplanıb
# 01 may 2015 10:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda dövlət qulluğunda vəzifə tutan 21563 dövlət qulluqçusu, o cümlədən mərkəzi icra hakimiyyəti orqanları üzrə 12070, yerli icra hakimiyyəti orqanları üzrə 8069, məhkəmələr üzrə isə 1424 dövlət qulluqçusu barədə məlumatlar Dövlət Qulluqçuları Reyestri İnformasiya Sistemində (DQRİS) toplanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn APA-nın sorğusuna cavab olaraq bildirib ki, əvvəllər dövlət orqanlarında çalışan, indi dövlət qulluqçusu vəzifəsi tutmayan 10112 dövlət qulluqçusu barədə məlumatlar da DQRİS-in arxiv bazasında toplanılıb: “Bu, bazanın yoxlanılması üzrə işlər davam etdirilir. 2013-cü ildə istifadəyə verilmiş Dövlət Qulluqçuları Reyestri İnformasiya Sisteminin verilənlər bazasının formalaşdırılması 2014-cü ildə yekunlaşıb. Yeni proqram təminatı dövlət orqanlarının kadr qurumlarına veb texnologiyaların tətbiqi ilə onlayn rejimdə dövlət qulluqçuları haqqında məlumatların idarə edilməsində böyük imkanlar yaradır və bununla da həmin orqanlarda insan resurslarının səmərəli idarə edilməsinə zəmin yaradır. 2014-cü il ərzində dövlət orqanlarının strukturunun Reyestrdəki strukturla uyğunluğu təmin olunub. Ümumilikdə 219 dövlət orqanı, o cümlədən 44 mərkəzi icra hakimiyyəti orqanı, 79 yerli icra hakimiyyəti orqanı, 96 məhkəmə hakimiyyəti orqanlarının strukturu və ştat cədvəli üzrə dövlət qulluqçuları barədə məlumatlar yoxlanılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR